Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib
sizinxeber.az xəbər saytı

Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib


ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar zamanı Çin lideri onu tənqid edərkən Yaponiyanın Baş naziri Sanae Takaiçini dəstəkləyib.

"Report" xəbər verir ki, bu barədə Yaponiyanın "Yomiuri Shimbun" qəzeti hökumət mənbələrinə istinadən yazıb.

Nəşrin məlumatına görə, bu yaxınlarda baş tutmuş Çin-ABŞ sammitində Si Cinpin bildirib ki, Sanae Takaiçi və Tayvan Prezidenti Lay Sinde regional sülh üçün təhlükə yaradır və Trampı onlara dəstək verməməyə çağırıb.

Buna cavab olaraq Amerika lideri qeyd edib ki, Takaiçi siyasətçi kimi belə tənqidə layiq deyil.

Tokio ilə Pekin arasında münasibətlər Takaiçinin ötən ilin noyabrındakı bəyanatlarından sonra mürəkkəbləşib. O zaman Takaiçi ehtimal etmişdi ki, Çinin Tayvana mümkün hücumu Yaponiyanın hərbi cavabı üçün əsas ola bilər.

Yaponiyanın Baş nazirinin dəftərxanası, ölkənin Xarici İşlər Nazirliyi və ABŞ-nin Tokiodakı səfirliyi dərc olunan məlumatı hələlik şərh etməyib.

Çinə iki günlük səfəri başa çatdıqdan sonra Tramp Takaiçi ilə telefonla danışıb. Yaponiyanın Baş nazirinin sözlərinə görə, tərəflər Yaponiya-Amerika ittifaqının "sarsılmaz" xarakterini təsdiqləyiblər.

Oxşar xəbərlər

Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Takaiçi və Tramp Pekində ABŞ-Çin danışıqlarının nəticələrini müzakirə edib
Takaiçi: Yaxın Şərqdəki vəziyyətə görə dünya iqtisadiyyatına ciddi ziyan dəyəcək
Vaşinqton və Tokio birgə neft ehtiyatları yaradır
Takaiçi: Yaponiya ASEAN ölkələrinə 10 milyard dollar maliyyə yardımı ayırmağı planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər