Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib.
Bu barədə "Sizinxeber.az" a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları narkotik vasitənin təsiri altında sükan arxasına əyləşən sürücünü ifşa edi:
"Belə ki, paytaxt sakini Vasif Hüseynlinin idarə etdiyi “Honda” markalı avtomobil ödənilməmiş cərimələri olduğu üçün Bakı-Quba yolunun Saray qəsəbəsi ərazisindən keçən hissəsində saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib".
Məlumatda qeyd edilib ki, müayinə zamanı V.Hüseynlinin avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunduğundan barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
"Məhkəmənin qərarı ilə o, sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib"- deyə BDYPİ-nin məlumatında deyilir.
Oxşar xəbərlər
Astarada narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib
Bərdədə narkotikin təsiri altında mikroavtobus sürən şəxs həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
