San-Pauloda məşhur göydələn bayrağımızın rənglərində... - Foto
Braziliyanın San-Paulo şəhərində Azərbaycan bayrağının rəngləri fonunda işıq proyeksiyası və vizual nümayiş təqdim olunub.
Sizinxeber.Az xəbər verir ki, Azərbaycanın Braziliyadakı səfirliyinin təşəbbüs və dəstəyi ilə baş tutan bu layihə San-Paulo ştatının eyniadlı paytaxtının müasirlik və tarixiliyi özündə birləşdirən iki əsas məntəqəsində fərqli tərtibatlarla həyata keçirilib.
Şəhərin ən qaynar və izdihamlı mərkəzi olan Paulista prospektindəki məşhur FIESP göydələnləri üzərində Azərbaycanın qədim tarixini və zəngin mədəniyyətini, eləcə də milli mətbəximizi və füsunkar təbiətimizi əks etdirən video süjet göstərilib, portuqal dilində “28 - May: Azərbaycanın Müstəqillik Günü” yazılmış hərəkət edən sətirlərin müşayiəti ilə üçrəngli bayrağımızın işıq proeksiyası nümayiş etdirilib. FIESP göydələnləri 130 min şirkət və 131 assosiasiyanı özündə birləşdirməklə 2.5 trilyon ABŞ dolları məbləğində hesablanan Braziliya ÜDM-də təqribən 23 faiz payla iştirak edir.
Azərbaycanın Müstəqillik Günü bayramı ilə bağlı digər tədbir isə San-Paulo Şəhəri İcra Hakimiyyəti Şurasının iştirakı ilə ərsəyə gəlib. Belə ki, şəhərin tanınmış müasir memarlıq-mədəniyyət abidələrindən olan “Oktavio Frias De Oliveyra” asma körpüsü və “Mario de Andrade” kitabxanası 28 mayda axşamdan başlayaraq sübh çağına qədər Azərbaycan bayraqlarının rənglərinə bürünüb.
Azərbaycanın müstəqillik günü ilk dəfədir ki, təkcə Braziliya deyil, geniş Latın Amerikası regionunun ən böyük metropolisi, aparıcı biznes və maliyyə mərkəzi hesab olunan San- Pauloda belə vizual-rəqəmsal tərtibatlarla qeyd olunur.
Bundan əvvəl isə silsilə tədbirlərin ilk hissəsi kimi, paytaxt Braziliada səfirliyin dəstəyi ilə tanınmış azərbaycanlı pianoçu, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarovanın Braziliyanın Milli Teatrında konserti təşkil olunub.
Oxşar xəbərlər
Madriddə 28 May - Müstəqillik Günü qeyd olunub
Zəfər Günü münasibətilə Minskin Milli Kitabxana binasında xüsusi işıq proyeksiyası nümayiş etdirilib - VİDEO
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Tbilisinin simvolik abidələri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq
“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buna görə milyonlarla insan işini itirə bilər - Putin
-
Pensiyaya çıxmaq istəyən qadınlara mühüm XƏBƏR: Nələr dəyişir?
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
-
"Fox News": FTB 8 milyard dollarlıq kriptovalyutanı müsadirə edib
-
Azərbaycan millisinin üzvü Mirmehdi Rzayev: "İtaliya ilə matçda mütləq qələbə qazanmalıyıq"
