ABŞ məhkəməsi Kennedi mərkəzinin adının dəyişdirilməsini qadağan edib
Vaşinqton məhkəməsi paytaxtın əsas teatr və konsert kompleksinin adının dəyişdirilməsini və onun əsaslı təmir planlarının da dayandırılmasını qadağan edib.
APA xəbər verir ki, bununla bağlı qərar hakim Kristofer Kuper tərəfindən verilib.
Məlumata görə qərar Con Kennedi İfa Sənətləri Mərkəzi ilə bağlıdır. Belə ki, 18 dekabr 2025-ci il tarixindən etibarən məkan rəsmi olaraq hər iki ABŞ prezidentinin şərəfinə Con Kennedi-Tramp İfa Sənətləri Mərkəzi kimi adlanmağa başlanıb.
ABŞ hökuməti tərəfindən idarə olunan və bəzən Vaşinqtonda qeyri-rəsmi ABŞ Mədəniyyət Departamenti adlandırılan mərkəzin iyul ayında təxminən iki il davam edən təmir üçün bağlanması gözlənilirdi.
Lakin bir neçə tarixi və memarlıq cəmiyyəti bu planlarla bağlı mart ayında mərkəzin idarəetmə şurasına qarşı iddia qaldırıb.
Onlar iddia edirlər ki, cavabdeh ABŞ Konqresinin zəruri təsdiqi olmadan və tələb olunan federal yoxlamaları keçmədən hərəkət etməyə çalışır.
Ağ Ev isə bu iddiaları əsassız adlandırır.
Oxşar xəbərlər
Məhkəmə Kennedi Mərkəzinə Trampın adının əlavə olunmasını qadağan edib
Kennedi Mərkəzi Melaniya Trampın şərəfinə adlandırıla bilər
Kiçik Robert Kennedi Trampın xeyrinə namizədliyini geri götürə bilər
Dmitri Medvedev: Tramp yeni Kennedi ola bilər
Kiçik Kennedi prezident seçkilərində Trampı dəstəkləyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buna görə milyonlarla insan işini itirə bilər - Putin
-
Pensiyaya çıxmaq istəyən qadınlara mühüm XƏBƏR: Nələr dəyişir?
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
-
"Fox News": FTB 8 milyard dollarlıq kriptovalyutanı müsadirə edib
-
Azərbaycan millisinin üzvü Mirmehdi Rzayev: "İtaliya ilə matçda mütləq qələbə qazanmalıyıq"
