Mustafa Kamara Azərbaycanın U-21 millisininə cəlb olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2026
20:30
0
0
1 197
ff aaaaaaa

Mustafa Kamara Azərbaycanın U-21 millisininə cəlb olunub

27 may, 2026
20:30
1 197

Mustafa Kamara Azərbaycanın U-21 millisininə cəlb olunub

Mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinun heyətinə yeni oyunçu cəlb olunub.

AFFA-dan "Sizinxeber.az"a verilən məlumata görə, Belçikanın "Sent-Truiden" klubunun yarımmüdafiəçisi Mustafa Kamara U-21 millinin düşərgəsinə qoşulub.

18 yaşlı sol cinah yarımmüdafiəçisi 2025/2026-cı illər mövsümündə "Sent-Truiden"in U-18 komandasının heyətində ümumilikdə 19 oyun keçirib, 2 qol vurub.

U-21 Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı yoldaşlıq oyunu keçirəcək.

Qeyd edək ki, Mustafa Kamara 2007-2012-ci illərdə "Qəbələ"nin formasını geyinmiş Abdulkader Kamaranın oğludur. Mustafa 2008-ci il martın 3-də Azərbaycanda anadan olub.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul