Boliviya hakimiyyəti etirazlar fonunda prezidentin istefasını nəzərdən keçirmir
sizinxeber.az xəbər saytı

Boliviya hakimiyyəti etirazlar fonunda prezidentin istefasını nəzərdən keçirmir


Boliviya hökuməti kütləvi etirazlara baxmayaraq, prezident Rodriqo Pasın istefasını nəzərdən keçirmir.

"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Boliviya Prezidentinin ofisinin naziri Xose Luis Lupo bildirib.

O, dövlət başçısının istefası tələblərinin demokratik prinsiplərə zidd olduğunu bildirib.

Hakimiyyət orqanları vəziyyəti sabitləşdirmək və yanacaq, ərzaq və dərman təchizatını bərpa etmək üçün fövqəladə vəziyyət elan etməyi də istisna etməyib.

Boliviyada etirazlar bir neçə həftədir davam edir. Etirazçılar sərt iqtisadi tədbirlərə və qiymətlərin artmasına etiraz edirlər.

Oxşar xəbərlər

Boliviya etiraz aksiyaları fonunda humanitar dəhliz yaradılıb
Boliviyada yanğınlarla əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edilib
Boliviya XİN: Keçmiş prezidentin tərəfdarları 200-dən çox hərbçini girov götürüblər
Boliviya Venesuelada dövlət çevriliş cəhdini pisləyib
Boliviya polisi keçmiş prezidentin tərəfdarlarına gözyaşardıcı qaz tətbiq edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər