Elit Məşq Layihəsinin yeni rəhbəri Mirbağır İsayev məşqçilərlə ilk görüşünü keçirib
UEFA-nın Elit Məşq Layihəsinin yeni rəhbəri Mirbağır İsayevin məşqçilərlə ilk görüşü keçirilib.
"Report" AFFA-ya istinadən xəbər verir ki, tanışlıq xarakteri daşıyan iclasda AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və layihə çərçivəsində bölgələrdə fəaliyyət göstərən məşqçi heyəti iştirak edib.
Görüşdə çıxış edən Elçin Məmmədov mütəxəssisləri salamlayaraq yeni təyin olunmuş M.İsayevi məşqçilərə rəsmi şəkildə təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Mirbağır İsayev nizam-intizamın vacibliyini ön plana çəkib, Elit Məşq Layihəsinə cəlb olunan yeniyetmə futbolçuların sağlamlığının daim diqqət mərkəzində saxlanılmalı olduğunu bildirib.
O, həmçinin bölgələrdə istedadlı uşaqların aşkar edilməsi istiqamətində daha sistemli və məqsədyönlü fəaliyyətin zəruriliyini vurğulayıb.
İclas zamanı layihə ilə bağlı yeniliklər və qarşıdakı dövr üçün planlar müzakirə olunub.
Oxşar xəbərlər
Mirbağır İsayev UEFA-nın Elit Məşq Layihəsinə rəhbər təyin olunub
"Səbail" rəsmiləri klubun Xaçmazdakı bölməsində məşq edən uşaqlarla görüşüblər
Yunis Hüseynov: “Kurban Berdıyevin yanında çalışmaq hər bir məşqçinin arzusudur”
AFFA Məşqçilər Komitəsinin üzvləri Ayxan Abbasovla görüşüblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
