"Səbail" rəsmiləri klubun Xaçmazdakı bölməsində məşq edən uşaqlarla görüşüblər
sizinxeber.az xəbər saytı

"Səbail" rəsmiləri klubun Xaçmazdakı bölməsində məşq edən uşaqlarla görüşüblər


“Səbail” uşaq futbolunun inkişafı, bu istiqamətdə kütləviliyin artırılması məqsədilə respublikanın müxtəlif regionlarında da klubun bölmələrinin fəaliyyət göstərməsi ilə bağlı müəyyən layihələrin həyata keçirilməsinə start verib.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, cari mövsümdə layihə çərçivəsində ilk tədbir Xaçmaz rayonunun Ləcət kəndində təşkil olunub.

Klubun akademiyasının koordinatoru Mirbağır İsayev və U-19 komandasının məşqçisi Rahid Əmirquliyev Ləcət kəndində “Səbail”in xüsusi bölməsində məşq edən uşaqlarla görüşüb, onların məşqini izləyib, məşqçilərlə fikir mübadiləsi aparıblar. Uşaqlara klubun idman geyimləri, toplar və məşq avadanlıqları təqdim olunub.

Qeyd edək ki, mövsüm ərzində “Səbail”in digər bölgələrimizdə də bölmələrinin açılması planlaşdırılır.

Oxşar xəbərlər

Bakıda narkotikin təsiri altında qadının çantasını ələ keçirib qaçan şəxs saxlanılıb
Anar Hacıyevə "Qarabağ"da yüksək vəzifə verildi
Milyarder “Mançester Yunayted” klubunun səhmlərinin 25%-ni alıb
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb
Səbaildə yolların əsaslı təmirinə 350 min manat ayrılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər