Əl-Məzrui: "BƏƏ-nin OPEC-dən çıxması fikir ayrılıqlarının olması demək deyil"
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC və "OPEC+"dan çıxmaqla bağlı qərarı siyasi motivli olmayıb və tərəfdaşlarla fikir ayrılıqlarının mövcudluğunu əks etdirmir.
"Report" xəbər verir ki, bu barədə BƏƏ-nin energetika naziri Süheyl Məhəmməd Fərəc Əl-Məzrui "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"BƏƏ-nin OPEC və "OPEC+"dan çıxmaq barədə qərarı ölkənin uzunmüddətli iqtisadi baxışına, inkişaf edən enerji imkanlarına və qlobal enerji təhlükəsizliyinə qəti sadiqliyinə əsaslanan suveren strateji seçimdir", - o yazıb.
Nazirin sözlərinə görə, bu qərar ölkənin neft sənayesinin perspektivlərinin hərtərəfli qiymətləndirilməsindən sonra qəbul edilib: "Qərar siyasi mülahizələrlə diktə edilməyib və BƏƏ ilə onun tərəfdaşları arasında hər hansı fikir ayrılığının mövcudluğunu göstərmir. BƏƏ qərarları xarici fərziyyələri deyil, milli maraqları rəhbər tutaraq qəbul edir".
Qeyd edək ki, dünyanın ən böyük neft istehsalçılarından biri olan BƏƏ 2026-cı il mayın 1-dən etibarən OPEC-dən çıxıb.
Oxşar xəbərlər
Süheyl Əl Mazrui: "BƏƏ-nin OPEC-dən çıxması üçün münasib vaxt yetişib"
BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır
Tramp: BƏƏ-nin OPEC-dən çıxması yanacağın ucuzlaşmasına kömək edəcək
“OPEC+” neft hasilatı ilə bağlı hazırkı qərarları dəyişməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL
-
DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
