Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
“Azercell Telekom” MMC-nin insan yönümlü korporativ mədəniyyəti və əməkdaş inkişafına əsaslanan iş mühiti beynəlxalq səviyyədə yüksək qiymətləndirilib
“Azercell Telekom” MMC beynəlxalq səviyyədə tanınan “Great Place to Work®” (“Əla İş Yeri”) sertifikatına ardıcıl ikinci dəfə layiq görülüb. Korporativ mədəniyyət və iş mühitinin qiymətləndirilməsi üzrə beynəlxalq “Great Place to Work®” sertifikatı şirkət əməkdaşlarının anonim rəylərinə əsaslanır.
Qiymətləndirmə zamanı Azercell əməkdaşlarının demək olar ki, 90%-i şirkəti işləmək üçün ideal mühit kimi dəyərləndirib. Bu göstərici şirkətdə formalaşdırılmış güclü korporativ mədəniyyətin, əməkdaş rifahına verilən önəmin və davamlı inkişaf yanaşmasının real göstəricisi kimi çıxış edir.
Azercell-in İnsan Kapitalı üzrə baş direktoru Dilarə Hüseynova bildirib ki, insan kapitalının inkişafı şirkətin uzunmüddətli strateji prioritetləri sırasında xüsusi yer tutur: “Ölkənin ən arzuolunan iş yerlərindən biri olmaq Azercell-in əsas strateji hədəflərindəndir. Biz inklüziv və dəstəkləyici iş mühitinin formalaşdırılmasına, gender bərabərliyinin təşviqinə və əməkdaşlarımızın peşəkar inkişafına davamlı şəkildə investisiya yatırırıq. Ötən il bu istiqamətdə beynəlxalq tərəfdaşlıqlarımız daha da genişlənib. IE Business School, FranklinCovey kimi nüfuzlu institutlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən liderlik və etik idarəetmə proqramları şirkətdə məsuliyyətli liderlik yanaşmasının və davamlı öyrənmə mədəniyyətinin daha da güclənməsinə töhfə verib. Əməkdaşlarımızın Azercell-i artıq ikinci dəfə “Əla İş Yeri” kimi qiymətləndirməsi bizim üçün ən dəyərli göstəricidir.”
Qeyd edək ki, “Great Place to Work®” iş mühiti, korporativ etimad, liderlik yanaşması və əməkdaş məmnuniyyəti sahəsində dünyanın ən nüfuzlu qiymətləndirmə platformalarından biri hesab olunur.
Oxşar xəbərlər
Azercell rəsmi olaraq “Əla İş Yeri” kimi tanınıb!
PAŞA Sığorta nüfuzlu “Great Place To Work” – “Mükəmməl iş yeri” mükafatına layiq görülüb
"Azercell" iki qızıl mükafata layiq görülüb
Azercell “İşçi Rifahı 2024” mükafatına layiq görülüb
Azercell və Azərbaycan Cüdo Federasiyası “İlin markası” seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
