CXP rəhbərliyin dəyişdirilməsinə etiraz olaraq Ali Məhkəməyə müraciət edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
may
2026
04:00
0
0
1 345
ff aaaaaaa

CXP rəhbərliyin dəyişdirilməsinə etiraz olaraq Ali Məhkəməyə müraciət edib

22 may, 2026
04:00
1 345

CXP rəhbərliyin dəyişdirilməsinə etiraz olaraq Ali Məhkəməyə müraciət edib

Türkiyənin müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CXP) 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayın nəticələrinin ləğvinə etiraz olaraq Ali Məhkəməyə müraciət edib.

"Sizinxeber.az" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə CXP-nin məhkəmə qərarı ilə vəzifəsindən uzaqlaşdırılan keçmiş sədri Özgür Özel partiyanın qərargah binasının qarşısında keçirdiyi aksiyada bildirib.

"Bu gün Ali Məhkəməyə ilk etirazımızı bildirdik. Sabah Ali Seçki Şurasına da müraciət edəcəyik. Ali Məhkəmənin həmin qərarı ləğv etməsini gözləyirik", - Ö. Özel vurğulayıb.

Xatırladaq ki, mayın 21-də Ankara Bölgə Ədalət Məhkəməsi CXP-nin 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayının nəticələrini ləğv edib. Beləliklə, qurultayda CXP sədri seçilən Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, onun qalib gəldiyi Kamal Kılıçdaroğlu isə partiya rəhbərliyinə bərpa edilib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul