Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri: Minatəmizləmə sahəsində Avropa təcrübəsini regiona gətirməyə çalışırıq
Minatəmizləmə sahəsində Avropa təcrübəsini və ən yaxşı praktikaları regiona gətirməyə çalışırıq.
Sizinxeber.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Münaqişədən Sonrakı Şəhər Yenidənqurması: Humanitar Mina Təmizləmə Fəaliyyətinin Həlledici Rolu” adlı tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Marijana Kuyunciç deyib.
O qeyd edib ki, hazırda Sloveniada yerləşən Mina Təmizlənməsi və Mina Qurbanlarına Yardım üzrə Beynəlxalq Etimad Fondu ilə
yeni layihə üzrə danışıqlar aparılır:
“Layihə ANAMA-nın institusional və əməliyyat imkanlarını gücləndirməyə yönəlib. Buraya mina axtaran itlərin hazırlanması, texniki avadanlıqların təmin edilməsi, mina qurbanlarına yardım, xüsusi ambulansların təqdim olunması daxildir. Layihə yaxın zamanda imzalanacaq və icra ediləcək. Bu öhdəlik komissar Marta Kosun ötən ilin sentyabrında Qarabağa səfəri zamanı götürülüb. Dəstəyə ehtiyac hələ də çox böyükdür. Aİ qlobal donor və Avropa Komandası olaraq dəstəyini davam etdirməyə hazırdır. Biz minatəmizləmə avadanlıqları, həmçinin “Mina Fəaliyyəti üzrə Beynəlxalq Mükəmməllik Mərkəzi” nin yaradılması üçün 10 milyon avro səfərbər etmişik. Avropa Komandasının ümumi dəstəyi artıq 22 milyon avroya çatıb. Bu mərkəz region üçün bilik paylaşımı platformasına çevrilə bilər”.
Oxşar xəbərlər
Britaniya səfirliyi: Ağdam və Cəbrayılda mina hadisələri xəbəri bizi kədərləndirdi
Xüsusi nümayəndə: Kəlbəcəri yüksək inkişaf etmiş regiona çevirməyi hədəfləyirik
ANAMA sədri: Vətən müharibəsindən sonra 270 min hektardan çox ərazi minadan təmizlənib
Qarabağ Universitetində mina və partlayıcı sursatlarla bağlı maarifləndirici görüş keçirilib
BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın təşəbbüsü ilə mina qurbanlarına dair xüsusi qətnamə irəli sürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
