Yeni Şəhərsalma Gündəliyi 2036-cı ilə qədər icra ediləcək
BMT-yə üzv dövlətlərin 36%-i artıq Könüllü Milli Hesabatları təqdim edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Bilik və İnnovasiya Şöbəsi rəhbəri Edlam Abera Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Yeni Şəhərsalma Gündəliyi” (NUA) üzrə növbəti 10 il üçün birgə səylərimiz" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Yeni Şəhərsalma Gündəliyi 2036-cı ilə qədər icra ediləcək.
"10 il uzun bir müddət kimi görünsə də, biz bunun belə olmadığını bilirik, çünki 2016-dan 2026-cı ilə çox sürətlə gəldik. UN-Habitatın 10 il sonra tərəqqini qiymətləndirməklə bağlı nələr etdiyinə dair sizə qısa bir məlumat verim: biz aylardır dünyanın hər yerindən bir çox maraqlı tərəflər və qərar qəbul edənlərlə irəliləyişi qiymətləndirmək üçün çalışırıq. Tərəqqini qiymətləndirmək üçün bir neçə fərqli üsulumuz olub. Bu tərəqqini qiymətləndirməyin ən vacib yollarından biri üzv dövlətlərin Könüllü Milli Hesabatlarıdır", - Edlam Abera vurğulayıb.
Onun sözlərinə görə, bununla bağlı müsbət məqam budur ki, üzv dövlətlər tərəfindən daha çox hesabat təqdim olunub.
"Hesab edirəm ki, 70 üzv dövlətin milli hesabat təqdim etməsi, bu prosesə vaxt və resurs ayırması onların Yeni Şəhərsalma Gündəliyinə, onun həyata keçirilməsinə və qarşımızdakı 10 il üçün öhdəliklərinə sadiqliyini nümayiş etdirir. Bu, BMT-yə üzv olan ölkələrin 36%-i deməkdir. Ona görə də biz bunu son dərəcə müsbət hesab edirik. Bu, 4 il əvvəl tərəqqi haqqında hesabat verdiyimiz vaxtla müqayisədə bir artımdır və biz bu artımı görməkdən çox şadıq", - Edlam Abera vurğulayıb.
Oxşar xəbərlər
UN-Habitat: BMT-yə üzv dövlətlərin 36 %-i Könüllü Milli Hesabat verib
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
WUF13 çərçivəsində TDT-nin şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək
Un-habitat rəsmisi: Nazirlərin bugünkü iclası Bakıdan Nyu-Yorka gedən yolun bir parçasıdır
İcraçı direktor: WUF13 indiyədək keçirilmiş ən böyük Dünya Şəhərsalma Forumudur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
