Avropa Liqasının qalibi bəlli olub
UEFA Avropa Liqasında final matçı keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, həlledici görüşdə Almaniyanın "Frayburq" komandası İngiltərənin "Aston Villa" kollektivi ilə qarşılaşıb.
Matç İstanbuldakı "Beşiktaş Park" stadionunda baş tutub.
Fransalı hakim Fransua Leteksyenin idarə etdiyi gərgin oyunda "Aston Villa" "Frayburq" üzərində böyük hesablı qələbə qazanıb - 3-0.
Qolları Yuri Tilemans (41-ci dəqiqə), Emiliano Buendiya (45+3) və Morqan Rocers (58) vurub.
"Aston Villa" ilk dəfə Avropa Liqasının qalibi olub. 1982-ci ildə komanda Avropa Kubokunu və UEFA Super Kubokunu qazanıb. Birminhem klubu yeddiqat İngiltərə çempionu, yeddiqat İngiltərə Kubokunun və beşqat Liqa Kubokunun qalibidir.
"Aston Villa" gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq. Birminhem komandası 30 mayda Budapeştdə UEFA Super Kuboku uğrunda "Arsenal" və "PSJ" arasında keçiriləcək Çempionlar Liqası finalının qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasının son qalibi İngiltərənin "Tottenhem" klubu olub.
Oxşar xəbərlər
Avropa Liqası: "Aston Villa" və "Frayburq" finalda!
UEFA Avropa Liqasında yarımfinalçılar bəlli olub
Avropa Liqasının 1/4 final mərhələsində bu gün daha üç oyun keçiriləcək
"Liverpul"u məğlub edən "Aston Villa" UEFA Çempionlar Liqasına vəsiqə qazanıb
Avropa Liqasında finalçılar bu axşam bəlli olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Qrossi: BƏƏ-dəki AES-ə hücum kütləvi radiasiya yayılmasına səbəb ola bilər
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Zakir Həsənov Yaşar Gülərlə görüşdü - Foto
