Paris-2024: Bağlanış mərasimində Azərbaycan bayrağını daşıyacaq idmançılar müəyyənləşib
sizinxeber.az xəbər saytı

Paris-2024: Bağlanış mərasimində Azərbaycan bayrağını daşıyacaq idmançılar müəyyənləşib


Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarları müəyyənləşib.

"Report"un Parisə ezam olunmuş əməkdaşı xəbər verir ki, mərasimdə ölkəmizin bayrağını taekvondoçu Qaşım Maqomedov (58 kq) və bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova daşıyacaq.

Qeyd edək ki, Q.Maqomedov Paris olimpiadasında gümüş medal qazanıb. Z.Hümmətovanın yer aldığı Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası isə 5-ci pilləni tutmaqla indiyəqədərki ən yüksək nəticəyə imza atıb. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Oxşar xəbərlər

Paris-2024: Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası mübarizəyə başlayıb
Paris-2024: Bu gün Azərbaycanın iki güləşçisi və bədii gimnastika üzrə qrup hərəkətləri komandası mübarizəyə başlayacaq
Zeynəb Hümmətova: Bütün Azərbaycanın dəstəyini hiss edirdik
Paris-2024-də günün yekunu: Azərbaycan üçün tarixi nəticə və daha bir medal 
Paris-2024-də günün yekunu: Azərbaycan növbəti medalını qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər