Paris-2024-də günün yekunu: Azərbaycan növbəti medalını qazanıb
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın iki sərbəst güləşçisi, bir boksçusu və bədii gimnastika üzrə qrup hərəkətləri komandası mübarizə aparıb.
“Report” xəbər verir ki, əvvəlcə bədii gimnastlarımız səhnəyə çıxıb.
Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət təsnifat mərhələsini 8-ci pillədə başa vurub və finala vəsiqə qazanıb. Final sabah baş tutacaq.
Sərbəst güləşçilərdən Turan Bayramov (74 kq) yarışı medalsız başa vurub.
Yarımfinalda Geno Petriaşviliyə (Gürcüstan) məğlub olan Giorgi Meşvildişvili (125 kq) isə sabah bürünc medal uğrunda mübarizə aparacaq.
Bu gün həmçinin boksçu Alfonso Dominqes də rinqə çıxıb. Finalda özbəkistanlı Lazizbek Mullojonova uduzan təmsilçimiz gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş mükafat qazanıb.
Oxşar xəbərlər
Paris-2024: Bu gün Azərbaycanın iki güləşçisi və bədii gimnastika üzrə qrup hərəkətləri komandası mübarizəyə başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası mübarizəyə başlayıb - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Bu gün Azərbaycanın daha iki güləşçisi mübarizəyə başlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası mübarizəyə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan boksçusu gümüş medal qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












