Zeynəb Hümmətova: Bütün Azərbaycanın dəstəyini hiss edirdik
Azarkeşlər bizi dayanmadan dəstəkləyirdilər. Burada bütün Azərbaycanın dəstəyini hiss edirdik.
"Report"un Parisə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Zeynəb Hümmətova kollektivin Fransanın paytaxtında keçirilən Yay Olimpiya Oyunlarında göstərdiyi nəticədən sonra jurnalistlərə açıqlamasında deyib.
O, möhtəşəm dəstək gördüklərini söyləyib:
"Azərbaycanı layiqincə təmsil etdiyimizə görə çox sevinirik. Əlimizdən gələni etdik, tarixi nəticəyə imza atdıq. Başda Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi olmaqla, bütün məşqçilərə, xareoqraflara, hamıya minnətdarlığımı bildirirəm. Arenada olan müsbət ab-hava da çıxışımıza yaxşı təsir etdi. Ümid edirəm ki, bizə güvənənlərin etimadını doğrultduq".
Qeyd edək ki, təmsilçimiz Paris olimpiadasında 5-ci pilləni tutub. Bu isə Azərbaycan gimnastika tarixində ən yüksək nəticə olub. Buna qədər isə komandamız Pekin-2008-də 7-ci, Tokio-2020 Yay Olimpiya Oyunlarında isə 10-cu olmuşdu. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Oxşar xəbərlər
Azərbaycan millisinin baş məşqçisi: Tarixi nəticəyə imza atdığımıza görə sevinirəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası mübarizəyə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Gimnastlarımız tarixi nəticə göstərərək 5-ci pilləni tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan millisi tarixi nəticəyə imza atıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris-2024: Azərbaycan millisi tarixi nəticəyə imza atıb - YENİLƏNİB - 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












