Pyer Qaslinin Monako Qran-prisindəki podium mövqeyi bərpa olunub
Beynəlxalq Avtomobil Federasiyası "Alpin" komandasının pilotu Pyer Qaslinin "Formula 1" üzrə Monako Qran-prisindəki podium mövqeyini bərpa edib.
"Sizinxeber.az" xəbər verir ki, komandanın apellyasiya şikayətinə müsbət cavab verilib.
Qasli Monte Karlodakı yarışda sürət həddinin aşılmasına görə iki dəfə 5 saniyəlik cəza alıb. O, yekun sıralamada üçüncü yerdən altıncı sıraya düşüb.
Lakin "Alpin"in şikayətindən sonra Qaslinin sürət limitini pozmadığı müəyyən edilib və bu səbəbdən cəzalar ləğv olunub.
Beləliklə, İsak Hacar ("Red Bull") dördüncü yerə geriləyib və podiumdakı yerini itirib.
Xatırladaq ki, "Mercedes" komandasının pilotu Andrea Kimi Antonelli Monako Qran-psisində birinci yeri tutub.
Oxşar xəbərlər
Antonelli Monako Qran-prisinin qalibi olub
"Formula 1" pilotu Azərbaycan Qran-prisində cəzalandırılıb
"Formula 1" üzrə Braziliya Qran-prisinin qalibi müəyyənləşib
Ferstappen “Formula 1” Mayami Qran-prisinin qalibi olub
"Formula 1": "Alpin" pilotu Bakıda uğursuzluqla üzləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
-
“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda ictimai müzakirə keçirilib
-
KİV: Ukrayna Kramatorskdakı zavodları ölkənin qərbinə köçürür
-
Tramp amerikalıların İranın Xarq adasını ələ keçirməyi dəstəkləməyəcəyini bildirib
-
Azərbaycanın U-17 və U-19 millilərinin Avropa çempionatının I mərhələsindəki rəqibləri bəlli olub
