İran-Əfqanıstan sərhədində silahlı toqquşma baş verib, 6 terrorçu zərərsizləşdirilib
sizinxeber.az xəbər saytı

İran-Əfqanıstan sərhədində silahlı toqquşma baş verib, 6 terrorçu zərərsizləşdirilib


İran sərhədçiləri ilə terrorçu qruplaşma arasında güclü atışma baş verib.

Sizinxeber.az-nın Tehran bürosunun məlumatına görə, İranın Sistan və Bəlucistan vilayətinin Zabol sərhəd alayında baş verən qarşıdurma nəticəsində 6 terrorçu zərərsizləşdirilib.

İran Polis Qüvvələrinin Sərhəd Mühafizəsi Komandanlığından bildirilib ki, ötən gecə ölkə ərazisinə daxil olmaq və sərhəd məntəqələrinə hücum etmək istəyən silahlı qrupla sərhədçilər arasında şiddətli atışma baş verib.

Açıqlamaya görə, əməliyyat zamanı silahlı qruplaşmanın 6 üzvü zərərsizləşdirilib.

Sərhədçilər ərazinin təmizlənməsi zamanı 2 ədəd tapança və xeyli miqdarda sursat aşkarlayıblar.

Qeyd edək ki, Zabol şəhəri İranın cənub-şərqində, Sistan və Bəlucistan vilayətində yerləşir və Əfqanıstanla sərhədə yaxın ərazidir.

Oxşar xəbərlər

İranda sərhəddə atışma olub, iki hərbçi ölüb
İrandan Azərbaycana külli miqdarda narkotik keçirən 7 nəfərdən 1-i zərərsizləşdirilib, 3-ü saxlanılıb
İranda 10 sərhədçi öldürülüb
DSX: İranla dövlət sərhədində müşahidə edilən PUA zərərsizləşdirilib - FOTO
İranla dövlət sərhədində müşahidə edilən PUA zərərsizləşdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər