CAR millisinin baş məşqçisi Hüqo Bros: "Meksikaya qarşı pis çıxış etmədik"
Cənubi Afrika Respublikası (CAR) millisi Meksikaya qarşı DÇ-2026-nın açılış maçtında yaxşı oyun sərgilədi.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Afrika təmsilçisinin baş məşqçisi Hüqo Bros sözügedən matçdan sonra deyib.
O, məğlubiyyətə baxmayaraq, komandasının yaxşı oyun sərgilədiyini söyləyib:
"Məncə, komandam pis çıxış etmədi. Bəzi epizodlarda Meksikaya oynamaq imkanı vermədik. Onlar boşluq yaxalaya bilmirdilər. Belə olduqda hər şey yaxşı gedirdi. Növbəti qarşılaşmaya daha ciddi hazırlaşacağıq. Topu özümüzdə daha çox saxlamalıyıq. Bunun üzərində daha çox çalışacağıq".
Qeyd edək ki, DÇ-2026-nın açılış matçında Meksika CAR seçməsinə 2:0 hesabı ilə qalib gəlib. Görüş A qrupunda oynanılıb.
Oxşar xəbərlər
Meksika millisinin baş məşqçisi Xavier Aqirre: "İlk yarıda elə də yaxşı oynamadıq"
DÇ-2026-nın açılış oyunu yeni rekordla yadda qalıb
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
Azərbaycan millisinin baş məşqçisi: "Xorvatiyaya qarşı yaxşı oyun nümayiş etdirdik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
İran ABŞ-nin raketlərinə Yaxın Şərqə hücumla cavab verib
-
"Forbes" Dünya Kubokunun ən çox qazanan 11 futbolçusunun adını açıqlayıb
