ABŞ İranın kölgə bank sistemini və qaz ixrac şəbəkəsini "qara siyahı"ya salıb
sizinxeber.az xəbər saytı

ABŞ İranın kölgə bank sistemini və qaz ixrac şəbəkəsini "qara siyahı"ya salıb


ABŞ administrasiyası İrana qarşı sanksiya siyahısını genişləndirərək, Tehranın kölgə bank sistemində və mayeləşdirilmiş neft qazı ixrac şəbəkəsində iştirakı olduğu iddia edilən bir sıra şəxsləri və qurumları əlavə edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bundan əlavə, Palau, Panama və Sent-Kits və Nevis bayraqları altında üzən altı tanker sanksiya siyahısına əlavə edilib.

Sanksiyalar, xüsusən də yüz milyonlarla dollar dəyərində İran mənşəli mayeləşdirilmiş neft qazının tədarükündən məsul olan fərdlər, təşkilatlar və gəmilər şəbəkəsinə qarşı tətbiq olunub.

ABŞ hökumətinin məlumatına görə, bu yanacaq Omanda istehsal olunub və alıcılar Cənubi və Şərqi Asiyadakı müəssisələr olub. Bu işdə BƏƏ və Çindəki saxta şirkətlərdən, xarici bank hesablarından və İranın kölgə donanmasından istifadə edilib.

İranın qara siyahısının genişləndirilməsi qərarı Şanxayda yerləşən bir şirkətə də təsir göstərib.Şirkət ABŞ məhdudiyyətlərini pozaraq İranın mayeləşdirilmiş təbii qazının ixracında iştirak edən bir Türkiyə vətəndaşına məxsusdur.

İranın maliyyə şirkətinə də sanksiyalar tətbiq edilib və şirkət qara siyahıya salınmış İran banklarına yüz milyonlarla dollar dəyərində əməliyyatlar aparmağa kömək edib.

Oxşar xəbərlər

ABŞ İranla əlaqəli şirkətlərə və gəmilərə qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyi İranın “kölgə bankçılığına” qarşı sanksiyalar tətbiq edib
ABŞ İran və husilərə qarşı sanksiya siyahılarını genişləndirir
ABŞ İran və husilərə qarşı sanksiya siyahılarını genişləndirir
ABŞ İrana sanksiyalar siyahısını genişləndirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər