Babək prospektində obyektdə yanğın məhdudlaşdırılıb - VİDEO - YENİLƏNİB-1 - FOTO
Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
18.00
Paytaxtın Nizami rayonu ərazisində yerləşən obyektlərdən birində baş vermiş yanğın hadisəsi səbəbindən Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Polis əməkdaşları tərəfindən ərazidə təhlükəsizlik tədbirləri görülür.
DİN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda polis əməkdaşları tərəfindən hadisə yerində təhlükəsizlik tədbirləri təmin olunur, nəqliyyatın hərəkəti tənzimlənir və digər zəruri tədbirlər görülür.
***
17.40
Bakının Nizami rayonunda yanğın başlayıb.
APA xəbər verir, Babək prospektində yerləşən obyekt yanır.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar əraziyə dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
FHN: “8-ci kilometr bazarı”nın yaxınlığındakı yanğın kafedən başlayıb - YENİLƏNİB-4 - VİDEO - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN: “8-ci kilometr bazar”ının yaxınlığındakı yanğın kafedən başlayıb - YENİLƏNİB-3 - VİDEO - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda açıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda açıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB-1 - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda körpünün üzərində yol qəzası olub, iki maşın yanıb- FOTO - YENİLƏNİB-1 - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












