GEROPHARM şəkərli diabetin 2-ci tipi və piylənmənin müalicəsi üçün nəzərdə tutulan preparatlara "Halal" sertifikatı alıb
sizinxeber.az xəbər saytı

GEROPHARM şəkərli diabetin 2-ci tipi və piylənmənin müalicəsi üçün nəzərdə tutulan preparatlara "Halal" sertifikatı alıb


GEROPHARM şirkətinin Sejaro (tirzepatid), Semavic (semaqlutid) və Semavic Next (semaqlutid) preparatları islam normalarına uyğunluğunu təsdiqləyən "Halal" sertifikatı alıb.

Preparatlar GLP-1 reseptor agonistləri sinfinə aiddir. Şəkərli diabetin 2-ci tipinin və piylənmənin müalicəsində istifadə olunur. Preparatlar artıq Azərbaycan bazarında mövcuddur və təsdiq edilmiş göstərişlərə uyğun olaraq həkim təyinatı ilə apteklərdə əldə edilə bilər.

Sertifikat Beynəlxalq "Halal" Standartlaşdırma və Sertifikatlaşdırma Mərkəzi tərəfindən təqdim edilib. İstehsal prosesi islam normalarının tələblərinə tam uyğunlaşır.

"Halal" statusu dərman vasitələrinə yalnız tərkib və istehsal texnologiyası hərtərəfli yoxlanıldıqdan sonra verilir. Bu o deməkdir ki, preparatların tərkibində etanol, qan, donuz mənşəli hüceyrə və toxumalar, eləcə də islam normalarına uyğun olmayan digər komponentlər mövcud deyil.

Azərbaycanda məhsulların islam normalarına uyğunluğu bir çox istehlakçı üçün mühüm amil hesab olunur. Bu baxımdan "Halal" sertifikatının mövcudluğu pasiyentlərə terapiya seçərkən əlavə əminlik yaradır. Bu, şəkərli diabetin 2-ci tipi və piylənmənin müalicəsində yalnız tibbi göstəriciləri deyil, həm də pasiyentlərin şəxsi inanclarını nəzərə almağa imkan verir.

Şəkərli diabet və piylənmənin yayılmasının artdığı bir dövrdə islam normalarına uyğun innovativ preparatların əlçatanlığı səhiyyədə daha pasiyentyönümlü yanaşmanın inkişafına töhfə verir.

Daha əvvəl GEROPHARM insulin preparatları xətti üçün də "Halal" sertifikatı əldə etmişdi. GLP-1 sinfinə aid preparatlar üçün sertifikatın alınması şirkətin islam normalarına riayət edən pasiyentlər üçün müasir müalicə imkanlarının əlçatanlığını genişləndirmək istiqamətində atdığı növbəti addımdır.

"Pasiyentə qayğı onun həyat tərzinə və inanclarına hörmətlə başlayır. Buna görə də bizim üçün Sejaro, Semavic və Semavic Next preparatlarının islamın ən ciddi tələblərinə uyğunluğunu təsdiqləmək prinsipial əhəmiyyət daşıyırdı. "Halal" statusu hər bir pasiyentə diqqətli və dürüst münasibətimizin təminatıdır", - deyə GEROPHARM şirkətinin baş direktoru Pyotr Rodionov bildirib.

GEROPHARM GxP standartlarına uyğun fəaliyyət göstərən beynəlxalq biotexnoloji preparatlar istehsalçısıdır. Şirkət nevrologiya, endokrinologiya, oftalmologiya, ginekologiya və urologiya kimi tibb sahələrində istifadə olunan preparatların istehsalı ilə məşğuldur. Məhsullar dünyanın 14 ölkəsində tibb mütəxəssisləri tərəfindən etibarlı seçim kimi istifadə olunur.

Azərbaycan Respublikasında GEROPHARM 2014-cü ildən etibarən öz nümayəndəliyi vasitəsilə fəaliyyət göstərir, ölkənin tibb ictimaiyyəti və pasiyentləri ilə uzunmüddətli əməkdaşlığını inkişaf etdirir. Bu gün şirkət şəkərli diabet və piylənmənin müalicəsi istiqamətində fəaliyyətini davam etdirir, pasiyentlərin müasir biotexnoloji preparatlara çıxış imkanlarını genişləndirir.

Oxşar xəbərlər

AQTİ: Azərbaycanda 14 müəssisə “HALAL” sertifikatı almaq üçün müraciət edib
Azərbaycanda 5 müəssisəyə “Halal” uyğunluq sertifikatı təqdim olunub
Azərbaycanda “Halal” sertifikatlarının təqdim edilməsinə başlanılır
Daha 6 qida subyekti “HALAL” sertifikatlaşma ilə bağlı müraciət edib
İlham Bayramov: "Azərbaycan məhsullarına verilən "Halal" sertifikatları dünya miqyasında tanınacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər