Bakıda körpünün üzərində yol qəzası olub, iki maşın yanıb- FOTO - YENİLƏNİB-1 - VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yol ötürücüsü üzərində yol-nəqliyyat qəzası nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Toyota" markalı minik avtomobili ilə “Azsamand” markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtomobildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
***
18.22
Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, körpünün üzərində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən 4-cü mikrorayon istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
APA xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
***
17.46
Bakının Nəsim rayonu, Hüseyn Seyidzadə küçəsi, körpünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qəza səbəbindən hər iki avtomobildə yanğın olduğundan, 4-cü mikrorayon istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Oxşar xəbərlər
Abşeron rayonu, Mehdiabad qəsəbəsində sexdə yanğın baş verib - VİDEO
Şəmkirdə yol qəzası olub, sıxılı vəziyyətdə qalan sürücü xilas edilib - VİDEO
Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib
FHN: Sabunçuda ağaclıq sahədə baş verən yanğın söndürülüb
Binəqədi rayonunda obyektdə yanğın baş verib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













