Sumqayıtda açıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB-1 - FOTO
Sumqayıt şəhəri, Koroğlu prospektində açıq ərazidə baş verən yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.
APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
***
13.19
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Koroğlu prospektində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində təxminən 1500 kv.m. sahədə açıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən avtomobil təmiri sexlərinə və fərdi yaşayış evlərinə keçməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
13.01
Sumqayıt şəhərində qamışlıq ərazidə yanğın başlayıb.
APA xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.
Yanğın genişlənərək yaxınlıqda olan avtomobil sexlərinə keçib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri cəlb olunub.
Hazırda alovun qarşısını almaq üçün tədbirlər davam etdirilir.
FHN-dən APA-ya verilən “112” qaynar telefon xəttinə Sumqayıt şəhəriində açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə yanğınsöndürmə qüvvələri cəlb edilib.
Oxşar xəbərlər
Sumqayıtda açıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB-1
FHN: Sabunçuda ağaclıq sahədə baş verən yanğın söndürülüb
Səbaildə açıq sahədə yanğın tam söndürülüb - YENİLƏNİB-1 - VİDEO
Bakıda mənzildə yanğın olub, yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
