Azərbaycanın futbol üzrə millisi yoldaşlıq oyununda San Marinonu məğlub edib
sizinxeber.az xəbər saytı

Azərbaycanın futbol üzrə millisi yoldaşlıq oyununda San Marinonu məğlub edib


Avstriyada təlim-məşq toplanışında olan Azərbaycanın futbol üzrə milli komandası bu gün ikinci yoldaşlıq oyununu keçirib.

"Report"un məlumatına görə, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv San Marino yığması ilə qarşılaşıb.

Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda baş tutan görüşdə millimiz 2:1 hesablı qələbə qazanıb.

Millinin heyətində qolları Rəhman Daşdəmirov (27) və Renat Dadaşov (49) vurublar.

Xatırladaq ki, Azərbaycan millisi ilk yoldaşlıq oyununda Maltaya iki cavabsız qolla uduzub.

Oxşar xəbərlər

Azərbaycan milli komandası yoldaşlıq oyunununda San Marinonu məğlub edib
Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
Azərbaycan millisi yoldaşlıq matçında Maltaya məğlub olub
Azərbaycan millisi Malta və San Marino ilə yoldaşlıq oyunları keçirəcək
Çimərlik futbolu üzrə Azərbaycan millisi ikinci yoldaşlıq oyununda məğlub olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər