Minifutbol üzrə Avropa çempionatının final oyunundan əvvəl Françesko Tottinin iştirakı ilə yoldaşlıq matçı keçirilib
sizinxeber.az xəbər saytı

Minifutbol üzrə Avropa çempionatının final oyunundan əvvəl Françesko Tottinin iştirakı ilə yoldaşlıq matçı keçirilib


Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatının final oyunundan əvvəl İtaliya millisinin sabiq üzvü Françesko Tottinin iştirakı ilə yoldaşlıq matçı təşkil edilib.

"Sizinxeber.az"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, F.Tottinin komandası Adam Berginin kollektivi ilə üz-üzə gəlib.

"Tipos Arena"da keçirilən qarşılaşma italiyalı keçmiş hücumçunun komandasının qələbəsi ilə yekunlaşıb - 8:7.

Daha əvvəl Azərbaycanda legioner həyatı yaşamış gürcüstanlı sabiq futbolçu Nuqzar Kvirtiya və Türkiyənin "Fənərbağça" klubunun keçmiş oyunçusu Miroslav Stox da görüşdə iştirak edib.

Qeyd edək ki, Avropa çempionatının finalında Azərbaycan və Ukrayna milliləri üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Oxşar xəbərlər

Azərbaycanın minifutbol millisi Avropa çempionatının 1/4 finalında bu gün Çexiya ilə qarşılaşacaq
Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün finalda Ukrayna ilə qarşılaşacaq
Tottinin oğlu futbolçu karyerasını 19 yaşında bitirib
Minifutbol üzrə dünya çempionatı: 1/8 final mərhələsinin növbəti matçı keçirilib
Minifutbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinə bu gün start veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər