Nazirlik rəsmisi: Uşaqların sosial şəbəkələrdə kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2026
17:00
ff aaaaaaa

Nazirlik rəsmisi: Uşaqların sosial şəbəkələrdə kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur

10 in, 2026
17:00
824

Nazirlik rəsmisi: Uşaqların sosial şəbəkələrdə kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur

Uşaqların sosial şəbəkələrdə kiberbullinqvə digər neqativ təsirlərə məruz qalma ehtimalı daha çoxdur.

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmisi Aynurə Zeynalova Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.

Onun sözlərinə görə, qanun layihəsində əks olunan qadağa uşaqların təhsili və ya vaxtlarının səmərəli keçirmələri ilə bağlı platformalara aid deyil:

"Bu da o deməkdir ki, məktəbdə oxuyan şagird özünün düşüncə tərzinə, psixologiyasına uyğun proqramlardan istifadə edə biləcək. Burada söhbət "TikTok" və digər sosial şəbəkələrdən gedir. Bu platformalarda uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur. Bu şəbəkələr üzərindən uşaqları nəyəsə vadar eləmək daha asandır".

A.Zeynalova qeyd edib ki, böyük ehtimalla, bu qadağaların əvəzinə müəyyən alternativlər də olacaq. "Həmin alternativlər sayəsində tətbiq olunacaq qadağalar uşaqların psixologiyasına təsir etməyəcək".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul