Ramanada qətlə görə tutulan yeniyetməyə hökm oxunub
sizinxeber.az xəbər saytı

Ramanada qətlə görə tutulan yeniyetməyə hökm oxunub


Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasə E.Süleymanov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Ramana qəsəbəsində baş verib. İttihama görə, 2008-ci il təvəllüdlü E.Süleymanov Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində aralarında yaşanmış mübahisə zamanı 2004-cü il təvəllüdlü Xəyal Nağıyevi kəsici alətlə qətlə yetirib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
E.Süleymanov qətli törədən zaman məktəbli olub.

Oxşar xəbərlər

Qaradağda qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda avtovağzalın girişində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Maştağada ögey anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Adam bıçaqlamaqda təqsirləndirilən keçmiş diplomata hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle