"Fitch" Hörmüzdəki böhran səbəbindən neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırıb
2026-cı ildə Brent markalı neftin orta qiymətinin 87 ABŞ dolları səviyyəsində olacağı gözlənilir.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi "Fitch Ratings"in iyun ayı üzrə proqnozunda bildirilib.
Agentlik Brent nefti üzrə 2026-cı il orta qiymət proqnozunu 17 dollar və ya 24,3% artıraraq 70 ABŞ dollarından 87 ABŞ dollarına yüksəldib. Proqnoza yenidən baxılmasına əsas səbəb kimi Hörmüz boğazının gözləniləndən daha uzun müddət bağlı qalması göstərilib.
"Fitch" qeyd edir ki, ABŞ-İran müharibəsindən sonra elan olunan atəşkəs qüvvədə qalsa da, Hörmüz boğazı artıq 14 həftədir bağlıdır. Agentliyin yeni baza ssenarisinə görə, boğazın yenidən açılması iyul ayında başlayacaq, dəniz daşımalarının isə avqustda daha geniş bərpası baş tutacaq. Bu isə boğazın ümumilikdə təxminən beş ay bağlı qalması deməkdir.
Hesabata görə, Körfəz Əməkdaşlıq Şurası (GCC) ölkələrinin neft ixracındakı fasilələr fonunda Brent neftinin qiyməti aprel və may aylarında orta hesabla 103 dollar/barel təşkil edib.
Bununla yanaşı, "Fitch" ilin ikinci yarısında bazarda vəziyyətin normallaşacağını gözləyir. Agentlik hesab edir ki, neft infrastrukturuna ciddi ziyan dəymədiyindən Körfəz ölkələrində hasilat sürətlə bərpa olunacaq, OPEC isə itirilmiş həcmləri kompensasiya etmək üçün maksimum güclə istehsal aparacaq.
"Fitch"in proqnozuna əsasən, neft qiymətləri 2026-cı ilin dördüncü rübündə yenidən 70 dollar/barel səviyyəsinə enəcək. Buna baxmayaraq, ilin ümumi orta göstəricisi 87 dollar/barel olacaq.
Oxşar xəbərlər
"Fitch": Hörmüz gərginliyi ilə bağlı neftin qiyməti iyula kimi 110 dollar civarında olacaq
“Fitch Ratings” neftin qiyməti üzrə proqnozunu açıqlayıb
"Fitch Solutions” gələn il üçün neftin qiyməti üzrə proqnozunu azaldıb
“Fitch Ratings” bu il üçün neftin qiyməti üzrə proqnozunu azaldıb
Fitch Solutions: Neftin qiyməti bu il 75 dollara enəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
DSMF: 5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
-
Çövkən üzrə II dünya çempionatında Nigeriya millisi Türkiyəni məğlub edib
-
Araz çayında batan məktəblinin meyiti tapılıb
