Tramp İranla danışıqların təfərrüatlarını və Tehrandan tələbini açıqlayıb
ABŞ sülh razılaşması halında ya Tehran hakimiyyətinin köməyi ilə, ya da hərbi yolla İrandan yüksək dərəcədə zənginləşdirilmiş uranı çıxaracaq.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp NBC News-da "Meet the Press" verilişində bildirib.
Eksklüziv müsahibəsində o, münaqişənin həlli üçün İranla aparılan danışıqların gedişatı və bunun iqtisadiyyata təsiri barədə ətraflı danışıb:
"Əgər razılaşma əldə etsək, birlikdə işləyəcəyik. Onu (uranı - red.) çıxarıb məhv edəcəyik. Onlarla birlikdə və ya onsuz gedəcəyik. Amma bizə atəş açmalarına icazə verməyəcəyik. Əgər razılaşma əldə etməsək, onları hərbi yolla, çox sərt şəkildə məhv edəcəyik. Beləliklə, hər iki halda da təhlükəsiz olacağıq".
O, həmçinin qeyd edib ki, danışıqlar başa çatana qədər Amerika qoşunlarını bölgədə saxlamaq niyyətindədir.
Tramp tərəflərin memorandum imzalamağa çox yaxın olduğunu, lakin İranın nüvə ambisiyalarından imtina etməsində israrlı olduğunu bildirib. Amerika lideri razılaşmanın İranın nüvə silahı əldə etmək şərtlərini pozması ehtimalını aradan qaldıracağını vurğulayıb.
"Bizim onların nüvə silahı hazırlamaması ilə bağlı bir bəndimiz var idi və mən bundan məmnun deyildim. Bəs əgər onlar onları hazırlamasalar, əvəzinə gedib alıb, əldə etsələr necə olar? Görürsünüz, bunu da nəzərə almaq lazımdır. Deməli, onların (nüvə silahı – red.) hazırlamaq, almaq, əldə etmək və ya sahib olmaq hüququ yoxdur".
Tramp İranın yeni rəhbərliyinin daha rasional və çox ağıllı olduğunu sübut etdiyini bəyan edib. Onun sözlərinə görə, İranın ali rəhbəri Müctəba Xamenei müqavilənin təsdiq prosesində iştirak edir.
"İstəsəydi, onunla danışardım, amma birbaşa onunla danışmamışam. O, (mərhum atası Əli Xameneidən - red.) daha gəncdir. Məncə, o, daha rasionaldır". Tramp həmçinin İranla müharibənin ABŞ-da və regionda enerji qiymətlərinin, eləcə də gübrə və digər məhsulların qiymətlərinin artmasına səbəb olduğunu etiraf edib. Bununla belə, o, Vaşinqton və Tehran arasında razılaşmadan sonra vəziyyətin normallaşacağını bildirib.
Oxşar xəbərlər
Tramp İranla razılığa gəlmək istəyini bəyan edib
Tramp İranla razılaşmanın yaxın iki gündə bağlanacağını güman edir
İranla razılaşma hələ tezdir, şərtlər yaxşı deyil - Tramp
Tramp: Razılaşma uğursuz olsa, İran yenidən bombalana bilər
Tramp İranla sazişin yaxın iki gündə bağlanacağını güman edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hemant Mistri: Hörmüzün bağlanması ekoloji təmiz aviasiya yanacağının qiymətinin artmasına səbəb olub
-
Çin Tayvan sahillərində xüsusi əməliyyata başladığını elan edib
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
-
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək
-
IATA 2030-cu ilə qədər SAF istehsalı üzrə bir çox layihənin reallaşacağına şübhə ilə yanaşır
-
Zığ qəsəbəsində baş vermiş insidentlə bağlı yeddi nəfər saxlanılıb - YENİLƏNİB
