Ağdaşda qardaşını öldürən şəxsə hökm oxunub
Ağdaşda qardaşını öldürməkdə təqsirləndirilən Qalib Musayevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Sizinxeber.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Qalib Musayev 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 18 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Ağdaş rayonunda baş verib. Qalib Musayev mübahisə nəticəsində qardaşı Mirmehdi Musayevi bıçaqlayaraq qətlə yetirib.
Hadisənin mülk üstündə mübahisə zəminində baş verdiyi bildirilib.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Zaqatalada bacısını güllələyən şəxsə hökm oxunub
Bakıda avtovağzalın girişində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Qaradağda qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Qadınları şantaj edərək onlardan pul almaqda ittiham olunan şəxsə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













