Dövlət Agentliyi: Müzakirə olunan qanun layihəsi 1 milyon yarım uşağı əhatə edir
"Müzakirə olunan qanun layihəsi məktəbəqədər və ümumi təhsil müəssisələrində təxminən 1 milyon 500 min uşağı əhatə edir. Məktəbəqədər təhsil üzrə isə 2–3 yaşa qədər 300 minə yaxın uşaq bu sistemin tərkibindədir".
Sizinxeber.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.
O bildirib ki, təklif olunan layihə ümumilikdə müsbət qiymətləndirilir: "Çünki sosial şəbəkələrə məhdudiyyət məsələsi burada əsas tənzimləmə sahəsi kimi nəzərdə tutulmur. Eyni zamanda, bu ildən etibarən məktəblər rəqəmsal təhsil platformalarına inteqrasiya olunub. Təhsil prosesinə aid qruplar və sosial platformalar bu layihənin birbaşa tərkib hissəsi deyil".
Vəfa Yaqublu bildirib ki, yeni tədris ilindən şagird davranış qaydaları ilə bağlı dəyişikliklər də təsdiqlənib.
"Artıq bu ildən məktəblərdə mobil telefonların gətirilməsi və istifadəsi qadağan olunub. Bununla bağlı nəzarət mexanizmlərinin tətbiqinə də başlanılıb", - o vurğulayıb.
Oxşar xəbərlər
Vəfa Yaqublu: Qanun layihəsi məktəbəqədər və ümumi təhsil müəssisələrindəki uşaqları əhatə edir
Cari ildə 100 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqləri aparılıb
Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi problemlərə səbəb ola bilər
Elmir Vəlizadə: Uşaqların zərərli informasiyadan qorunması cəmiyyət üçün böyük əhəmiyyət daşıyır
Bu il 100 bağçada monitorinq aparılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
DSMF: 5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
-
Çövkən üzrə II dünya çempionatında Nigeriya millisi Türkiyəni məğlub edib
-
Araz çayında batan məktəblinin meyiti tapılıb
