Zaqatalada bacısını güllələyən şəxsə hökm oxunub
Bacısını öldürməkdə təqsirləndirilən Nurlan Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Sizinxeber.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Nurlan Əsgərov 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Təqsirləndirilən Nurlan Əsgərov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə ötən il may ayında Zaqatalada baş verib. Belə ki, Nurlan Əsgərov aralarında yaranmış mübahisə zamanı bacısı Nətəvan Əhmədovanı odlu silahdan atəş açaraq qəsdən öldürüb.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham maddəsi ilə ittiham olunub.
Oxşar xəbərlər
Həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub
Bacısını qayışla boğaraq öldürməkdə ittiham olunan şəxsə hökm oxunub
Bakıda avtovağzalın girişində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda küçədə 24 yaşlı oğlanı silahla qətlə yetirməkdə təqsirləndirilən hərbçiyə hökm oxunub
Balaxanıda həmyaşıdını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən gəncə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










