Həftəsonu 4 nəfəri avtomobil vuraraq öldürüb, 2 nəfər xəsarət alıb
sizinxeber.az xəbər saytı

Həftəsonu 4 nəfəri avtomobil vuraraq öldürüb, 2 nəfər xəsarət alıb


Ötən həftəsonu qeydə alınan yol-nəqliyyat hadisələri içərisində piyadavurma hadisələrinin çoxluğu ciddi narahatlıq doğurur.

APA xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

Məlumata görə, təhlükəsizlik qaydalarına riayət olunmaması səbəbindən son iki gün ərzində 6 piyadavurma hadisəsi qeydə alınıb ki, nəticədə 4 nəfər həlak olub, 2 nəfər isə xəsarət alıb:

"Əsasən sutkanın qaranlıq vaxtı qeydə alınan bu hadisələr bir daha deməyə əsas verir ki, hələ də əksər piyadaların yol hərəkəti qaydalarına əhəmiyyət verməməsi, yolu istənilən yerdən keçmək alışqanlığı, yolu keçərkən qulaqlıqdan istifadə edilməsi, yaxud diqqəti yayındıran, onlara təhlükəli sahədə olduqlarını unutduran məşguliyyətə aludəçilik - bir sözlə ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşılması yollarımızda yaşanan faciələrin başlıca səbəblərindən biridir.

Lakin, hər bir hərəkət iştirakçısı bilməlidir ki, yol birgə istifadə məkanıdır. Qaydaların hər kəsə şamil edildiyi bu mühitdə özünü ümumi davranış normalarından kənarda zənn edən hərəkət iştirakçısı, o cümlədən piyada potensial faciə qurbanıdır.

Piyadaların üzərinə düşən ən sadə, lakin həyat əhəmiyyətli vəzifə isə yalnız yolu müəyyən olunmuş keçidlərdən və diqqətli keçməkdir.

Unutmamalıyıq ki, bu sadə qaydaya əməl etməyən piyada istər bilərəkdən, istərsə də ehtiyatsızlıqdan özünün və digər hərəkət iştirakçılarının taleyini dəyişə bilər".

Oxşar xəbərlər

Həftəsonu yol qəzalarında 3 piyada ölüb
Azərbaycanda həftəsonu avtoqəzalarda üç piyada ölüb
DYP: Dünən yol qəzasında 5 nəfər xəsarət alıb
DYP yağışlı hava şəraiti ilə bağlı piyadalara müraciət edib
DYP: On ayda piyadaların qaydaları pozması nəticəsində 9 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər