İrandan sərt hədələmə: ABŞ və İsrail bazaları "qanuni hədəf" elan edildi
sizinxeber.az xəbər saytı

İrandan sərt hədələmə: ABŞ və İsrail bazaları "qanuni hədəf" elan edildi


İran ABŞ və İsrailin regiondakı hərbi bazalarını bundan sonra "qanuni hədəf" hesab etdiyini bəyan edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf açıqlama verib.

Qalibafın sözlərinə görə, davam edən dəniz blokadası və Livana qarşı yeni İsrail hücumları İran Silahlı Qüvvələrinin cavab zərbələri endirməsi üçün əsas yaradır.

O bildirib ki, ABŞ və İsrailin addımları onların "güc dili"ndən başqa heç bir dili anlamadıqlarını göstərir.

"Dəniz blokadası və ABŞ-nin Livandakı hücumlara yaşıl işıq yandırması regiondakı ABŞ və İsrail bazalarını, eləcə də aktivlərini qanuni hədəfə çevirir", - deyə Qalibaf vurğulayıb.

İran parlamentinin sədri həmçinin ABŞ və İsraili Yaxın Şərqdə gərginliyi artırmaqda ittiham edib.

Qeyd edək ki, Livan Səhiyyə Nazirliyinin məlumatına görə, Beyrutun cənub bölgəsinə endirilən zərbələr nəticəsində azı iki nəfər həlak olub, 11 nəfər yaralanıb. Yerli mənbələr hücumların yaşayış binalarını hədəf aldığını bildirirlər.

Oxşar xəbərlər

Qalibaf: ABŞ və İsrailin bazaları İran üçün qanuni hədəfə çevrilir
Qalibaf: ABŞ İranla atəşkəsə əməl etmir
İran parlamentinin sədri münaqişəndə yeni mərhələnin başladığını bildirib
Qalibaf regionu enerji infrastrukturuna zərbə endirməklə hədələyib
İsrail Livana zərbə endirib, ölən və yaralanan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər