Kostanyan: Ermənistan yaxın vaxtlarda Rusiya ilə ixrac məsələlərini tənzimləməyə ümid edir
sizinxeber.az xəbər saytı

Kostanyan: Ermənistan yaxın vaxtlarda Rusiya ilə ixrac məsələlərini tənzimləməyə ümid edir


Ermənistan yaxın vaxtlarda Rusiya ilə ticari-iqtisadi münasibətlərdə yaranmış məsələləri, o cümlədən Ermənistan mallarının Rusiya bazarlarına ixracı ilə bağlı məsələləri tənzimləməyə ümid edir.

"Sizinxeber.az" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.

Onun sözlərinə görə, İrəvan Rusiya tərəfi ilə daim dialoqdadır və mövcud problemlərin yaxın vaxtlarda həll olunacağını hesab edir.

Kostanyan həmçinin xatırladıb ki, Avropa İttifaqı (Aİ) iqtisadiyyatın şaxələndirilməsini və ixrac potensialının inkişafını dəstəkləmək üçün Ermənistana 52 milyon avro ayırıb, buna görə də vəsait məhz buna yönəldiləcək və onlar Rusiya tərəfi ilə məsələlərin tənzimlənməsinə ümid edirlər.

"Birincisi, Ermənistan tərəfi [Rusiya ilə münasibətlərdə – red.] gərginliyin olduğunu hesab etmir. İkincisi, rusiyalı tərəfdaşlarımızla münasibətlərdə gərginlik yaratmaq tendensiyası yoxdur. Və üçüncüsü, biz artıq bildirmişik ki, Ermənistan məsələni "Avrasiya İqtisadi İttifaqı (Aİİ) və ya Avropa İttifaqı" formatında qoymur", - o bildirib.

Kostanyanın sözlərinə görə, Ermənistan eyni zamanda Aİ ilə yaxınlaşmağa yönəlmiş islahatlar həyata keçirərək, Aİİ-nin üzvü olaraq qalmağa davam edir.

Oxşar xəbərlər

Kostanyan: Bakı və İrəvan arasında qarşılıqlı ixrac üzrə ilkin razılaşmalar əldə olunub
Vahan Kostanyan: İrəvan və Bakı sülh müqaviləsinin imzalanması üçün çalışacaqlar
Kostanyan: Ermənistan regionda kommunikasiyaların qurulmasında maraqlıdır
Ermənistan XİN: Bakı ilə sülh müqaviləsinin razılaşdırılması üzrə görüşlərin intensivləşdirilməsində maraqlıyıq
Ermənistan, Fransa və Litva İrəvan-Bakı normallaşma prosesini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər