Naxçıvanda ilk dəfə uşaq musiqi və incəsənət məktəbləri üzrə mərkəzləşdirilmiş buraxılış imtahanları keçiriləcək
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən tabeli regional mədəniyyət idarələrinin uşaq musiqi və incəsənət məktəblərində 2025/2026-cı tədris ili üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili və keçirilməsi ilə bağlı yeni Qaydalar təsdiq edilib.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, mərkəzləşdirilmiş buraxılış imtahanları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəqəmsal idarəetmə platforması və "MyCulture" vahid şəxsi kabinet vasitəsilə təşkil olunacaq.
Məzunlara imtahanın tarixi, vaxtı və məkanı barədə məlumat SMS, elektron poçt və şəxsi kabinet üzərindən bildiriləcək.
İmtahanların keçirilməsi 2026-cı ilin iyun ayında nəzərdə tutulur. İmtahanlar müvafiq ixtisaslar üzrə komissiyalar tərəfindən 5 ballıq sistem əsasında qiymətləndiriləcək. Yekun nəticələr komissiya üzvlərinin verdiyi balların orta göstəricisi əsasında müəyyən ediləcək.
Yeni qaydalar uşaq musiqi və incəsənət təhsilində qiymətləndirmə sisteminin müasir standartlara uyğunlaşdırılmasına, şəffaflığın artırılmasına və təhsil keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Oxşar xəbərlər
Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu imtahanlarının vaxtı açıqlanıb
İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək
Musiqi məktəblərinə qəbulla bağlı 24 şikayətçinin müraciəti təmin edilib
Musiqi məktəblərinə qəbul imtahanlarının nəticələri elan olunub
Naxçıvanda XI siniflər üçün dördüncü buraxılış qiymətləndirmə monitorinqi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
FHN rəsmisi: Təlimlər uşaqların böyük marağına səbəb olub
-
Sabah Xəzər və Xətai rayonunlarının bəzi ərazilərində qaz olmayacaq
