İranın XİN başçısı HƏMAS-a dəstək ifadə edib
sizinxeber.az xəbər saytı

İranın XİN başçısı HƏMAS-a dəstək ifadə edib


İran region xalqlarının, xüsusən Fələstin və Livanda İsrailin hücumlarına qarşı qanuni müqavimətini dəstəkləmək üzrə prinsipial siyasətini davam etdirəcək.

"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil Əl Hayya ilə telefon danışığında bildirib.

A.Əraqçi İranın bölgədə müharibəni dayandırmaq üzrə son tədbirləri barədə məlumat verib.

Xəlil Əl Hayya isə Fələstində, xüsusən Qəzza zolağındakı son vəziyyət barədə A.Əraqçini məlumatlandırıb. O, Fələstinə hücumlar dayandırılana qədər müqavimət göstərəcəklərini diqqətə çatdırıb.

HƏMAS-ın Siyasi Bürosunun üzvü həmçinin regionda bütün cəbhələrdə müharibənin eyni vaxtda dayandırılmasının zəruriliyini vurğulayan İranın ABŞ ilə danışıqlar üzrə nümayəndə heyətinin mövqeyinə görə minnətdarlığını bildirib və Fələstin xalqının qanuni mübarizəsinə göstərdiyi dəstəklə bağlı İslam Respublikasına təşəkkür edib.

Oxşar xəbərlər

Hakan Fidan Dohada HƏMAS üzvü ilə görüşüb
Kaya Kallas və Abbas Əraqçi İsrail-İran qarşıdurmasını müzakirə ediblər
Qətərin Baş naziri “HƏMAS” nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə edib
İranın XİN rəhbəri Romada ABŞ ilə növbəti danışıqlarda iştirakını təsdiqləyib
İranın XİN başçısı: ABŞ ilə danışıqlar səmərəli ola bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər