ANAMA sədri: Vətən müharibəsindən sonra 270 min hektardan çox ərazi minadan təmizlənib
Minatəmizləmə yalnız insanların həyatını xilas edən humanitar fəaliyyət deyil, eyni zamanda bərpa və yenidənqurmanın əsas təməlidir.
APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Münaqişədən Sonrakı Şəhər Yenidənqurması: Humanitar Mina Təmizləmə Fəaliyyətinin Həlledici Rolu” adlı tədbirdə ANAMA sədri Vüqar Süleymanov deyib.
ANAMA sədri bildirib ki, bu fəaliyyət yaşayış evlərinin yenidən inşası, infrastrukturun bərpası, kənd təsərrüfatının dirçəldilməsi, nəqliyyat şəbəkələrinin inkişafı və iqtisadi fəaliyyətin canlandırılması üçün zəruri şəraiti formalaşdırır: “Böyük Qayıdış” Proqramı çərçivəsində minatəmizləmə fəaliyyəti şəhərsalma, yenidənqurma və inkişaf proseslərinə tam şəkildə inteqrasiya edilib”.
O vurğulayıb ki, mina təhlükəsi tək Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində bərpa prosesini ləngidir, inkişaf imkanlarını məhdudlaşdırır və əhalinin təhlükəsizliyini risk altında saxlayır: “Məhz buna görə də bugünkü platforma xüsusi əhəmiyyət daşıyır. Mina probleminin aradan qaldırılması yalnız milli səylərlə məhdudlaşmır, davamlı beynəlxalq dəstək, tərəfdaşlıq, innovativ yanaşmalar və qabaqcıl təcrübələrin paylaşılmasını zəruri edir”.
ANAMA sədri 2020-ci ilin noyabrından sonra görülən işləri də açıqlayıb: “2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan bu problemin aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib. 2020-ci ilin noyabr ayından etibarən 270 mindən çox hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, 250 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib”.
Oxşar xəbərlər
Vüqar Süleymanov: Minatəmizləmə bərpa və yenidənqurmanın əsas təməlidir
ANAMA rəhbəri: Azad olunmuş ərazilərdə 270 min hektardan çox sahə minalardan təmizlənib
ANAMA sədri: Minatəmizləmə təkcə təhlükəsizlik yox, həm də iqlim dayanıqlığı məsələsidir
ANAMA rəsmisi: Vətən müharibəsindən sonra 202 min hektardan çox ərazi minalardan təmizlənib
ANAMA sədri: Qarabağda hərbi əməliyyatlar dayansa da, mülki əhali üçün təhlükə davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
