Bakıda Ukrayna şəhərlərinin dayanıqlı bərpası və baş planları müzakirə edildi
"Ukraynada şəhərlərin bərpası yalnız dağıdılmış binaların yenidən tikilməsi ilə məhdudlaşmamalı, eyni zamanda sosial və iqtisadi inkişafı da əhatə etməlidir".
Oxu.Az xəbər verir ki, bu sözləri BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) nəzdində fəaliyyət göstərən "UN4 Ukrainian Cities" layihəsinin rəhbəri Tamara Fortes Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.
O qeyd edib ki, layihə 2023-cü ildən Ukraynada həyata keçirilir:
"Burada əsas məqsəd mənzil siyasətinin yenilənməsi, şəhər planlaşdırılması və dayanıqlı inkişaf strategiyalarının hazırlanmasıdır. Layihə çərçivəsində Xarkov və Nikolayev şəhərlərində iqtisadi-demoqrafik təhlillər aparılır, baş planlar tərtib olunur və ayrı-ayrı şəhər əraziləri üzrə pilot layihələr icra olunur".
Oxşar xəbərlər
UNDP rəsmisi: "Dayanıqlı mənzil layihələrinə daha çox investisiya yönəldilməlidir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
-
Azərbaycan və Türkiyə parlamentariləri şəhərsalma məsələlərini müzakirə ediblər
