Tokayev: Yasəvi irsinin qardaşlıq bağlarını möhkəmləndirəcəyinə inanırıq
Türk mənəviyyatının əsas dayağı olan Yasəvi irsinin qardaşlıq bağlarını möhkəmləndirəcəyinə inanırıq.
APA-nın Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.
“Beləliklə, Xoca Əhməd Yasəvi ordeni dünən yüksək səviyyəli görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana təntənəli şəkildə təqdim olundu. Biz Türk mənəviyyatının əsas dayağı olan Yasəvi irsini daha da ucaldaraq xalqlarımız arasındakı sarsılmaz qardaşlıq bağlarını möhkəmləndirəcəyinə inanırıq”, - dövlət başçısı qeyd edib.
Kasım-Jomart Tokayev bu gün Türküstanda Özbəkistanın dəstəyi ilə yeni “Sənətkarlar xiyabanı”nın açılmasına görə xüsusi minnətdarlığını bildirib: “Bu gözəl hədiyyəyə görə Şavkat Mirziyoyevə və özbək xalqına səmimi təşəkkürümü bildirirəm”.
Oxşar xəbərlər
Kasım-Jomart Tokayev Türkiyədə rəsmi səfərdədir
Tokayev və Ərdoğan Qaziantepdə Xoca Əhməd Yəsəvi adına məktəb açıblar
Ərdoğanla Kasım-Jomart Tokayevin görüşü başlayıb
Prezident və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
