Ceyhun Bayramov Türküstanda TDT XİN başçılarının görüşündə iştirak edib - YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türküstanda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Nazir artan geosiyasi qeyri-müəyyənliklər, hibrid təhdidlər, qlobal təhlükəsizlik və inteqrasiya çağırışları fonunda türk dövlətləri arasında həmrəyliyin və koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Orta Dəhlizin strateji rolu, rəqəmsal bağlantı, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, süni intellekt əsaslı innovasiyalar, eləcə də Transxəzər fiber-optik kabel təşəbbüsünü əhatə edən "Rəqəmsal İpək Yolu" layihəsi xüsusi qeyd olunub.
Nazir, həmçinin həmkarlarını Azərbaycanın 2026–2028-ci illəri əhatə edən Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Fəaliyyət Planı, eləcə də azad edilmiş ərazilərdə həyata keçirilən "ağıllı" yenidənqurma işləri barədə məlumatlandırıb.
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycanın dayanıqlı şəhərsalma baxışının göstəricisi olduğu vurğulanıb.
Həmçinin, Azərbaycanın süni intellekt və yeni texnologiyalar sahəsində Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına və rəqəmsal transformasiyaya sadiqliyi bir daha təsdiqlənib.
Qazaxıstanda Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir.
"Sizinxeber.az" xəbər verir ki, yığıncaq Türküstanda işinə başlayan TDT-nin qeyri-rəsmi Zirvə görüşü çərçivəsində baş tutur.
Oxşar xəbərlər
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib - FOTO
Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb
Ceyhun Bayramov TDT XİN Şurasının iclasında regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb - YENİLƏNİB
Bişkekdə TDT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb
Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
