ANAMA rəsmisi: Vətən müharibəsindən sonra 202 min hektardan çox ərazi minalardan təmizlənib
sizinxeber.az xəbər saytı

ANAMA rəsmisi: Vətən müharibəsindən sonra 202 min hektardan çox ərazi minalardan təmizlənib


Vətən müharibəsindən sonra 202 min hektardan artıq ərazi mina və hərbi sursatlardan təmizilənib.

“Sizinxeber.az”un Qərb bürosunun məlumatına görə, bunu Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Göygöl Təlim Mərkəzinin təlim rəhbəri Musa Məmmədov rayona təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə minatəmizləmə əməliyyatları davam etdirilir:

“Bu prosesdə əsas diqqət inkişaf layihələrinin nəzərdə tutulduğu ərazilərə yönəldilib. Ağdam, Fizuli, Cəbrayıl, Laçın, Qubadlı və Xankəndi ərazilərində minatəmizləmə fəaliyyəti həyata keçirilir.

Qeyd edim ki, Vətən müharibəsindən sonra 202 min hektardan artıq ərazi mina və hərbi sursatlardan təmizilənib, 196 mindən çox mina və sursat aşkarlanıb.

Aparılan işlərə ANAMA əməkdaşları ilə yanaşı, Müdafiə və Fövqaladə Hallar nazirliklərinin, həmçinin iki yerli şirkətin əməkdaşları cəlb olunub”.

Oxşar xəbərlər

Aprel ayında 6 min hektardan çox ərazi minalardan təmizlənib
Ötən həftə 1 400 hektardan çox ərazi minalardan təmizlənib
Ötən həftə azad edilən torpaqlarda 1 200 hektardan çox ərazi minalardan təmizlənib
Ötən həftə azad olunan torpaqlarda 722 hektar ərazi minalardan təmizlənib
Ötən həftə 893.8 ha ərazi minalardan təmizlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər