Mənzil Korporasiyası: Livanda 70 şəhər və kənddə böyük dağıntılar qeydə alınıb
"Müharibələr mənzillərin təminatı ilə bağlı ciddi çətinliklər yaradır".
Sizinxeber.az xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil insan hüququ kimi: Ərəb dünyası üçün regional baxışlar və strategiyalar” sessiyasında Livanda Mənzil üzrə Publik Korporasiyanın İdarə Heyətinin sədri və baş direktoru Rony Lahoud deyib.
O bildirib ki, Livanda təxminən 70 şəhər və kənddə böyük dağıntılar qeydə alınıb, o cümlədən xəstəxana və məktəblər ciddi zərər görüb: “2019-cu ildən bəri mənzil sahəsində maliyyə imkanlarının məhdudluğu ciddi problem olaraq qalır. Biz dövlət və özəl sektor arasında əməkdaşlıq edirik. Məqsədimiz sosial sabitliyin təmin olunmasıdır. Hazırda ən azı 65 müxtəlif sektor bu istiqamətdə birgə fəaliyyət göstərərək, qarşıya qoyulan hədəflərə nail olmağa çalışır. Qeyri-qanuni yaşayış sahələrinin artması da müşahidə olunur. Aparılan təhlillər göstərir ki, bu cür qanunsuz tikililər mərhələli şəkildə aradan qaldırılmalıdır. 2024-cü ildən bu sahədə tədbirlər həyata keçirilir və ümumilikdə 11 milyard dollar vəsait ayrılıb”, - deyə o vurğulayıb.
Oxşar xəbərlər
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir
Çexiyalı nazir: Mənzil əlçatanlığı, infrastruktur ehtiyacları və regional fərqlər əsas çağırışlardır
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
Mayra Mendoza: Latın Amerikasında şəhər əhalisinin 30%-dən çoxu qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır
UN-Habitatın mütəxəssisi: Mənzil məsələləri şəhər gündəmlərinin ən mühüm mövzularından birinə çevrilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
