Həcc ziyarətinə sənəd qəbulunun müddəti uzadılıb
Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti uzadılıb.
Bunu Sizinxeber.az-nın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.
Onun sözlərinə görə, Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti aprel ayının ortalarına kimi uzadılıb.
Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Tələb olunan sənədlər:
1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4. Sağlamlıq haqqında arayış.
Oxşar xəbərlər
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün qiymət müəyyənləşib, sənəd qəbulu başlayır - FOTO
QMİ-dən çağırış: Həcc ziyarətinə sənəd qəbulu aprelin əvvəlində yekunlaşacaq
Azərbaycanlı zəvvarlar üçün builki Həcc ziyarəti 5 950 dollar təşkil edəcək
Azərbaycanlı zəvvarların builki Həcc ziyarətinin xərcləri 5 950 dollar təşkil edəcək
QMİ Həccə getmək istəyənlərə çağırış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













