Bakıda keçiriləcək Avropa çempionatında 100-dən çox bilyardçı mübarizə aparacaq
sizinxeber.az xəbər saytı

Bakıda keçiriləcək Avropa çempionatında 100-dən çox bilyardçı mübarizə aparacaq


Bakıda təşkil olunacaq bilyardın "sərbəst piramida" növü üzrə Avropa çempionatında 10-dan çox ölkədən 100-dən çox idmançı iştirak edəcək.

Bunu "Sizinxeber.az"a açıqlamasında Azərbaycan Bilyard Federasiyasının marketinq direktoru Mir Azad Əliyev deyib.

Federasiya rəsmisi yarışın Bakı Olimpiya İdman Kompleksində keçiriləcəyini bildirib:

"Azərbaycanda ikinci dəfə təşkil olunacaq "sərbəst piramida" üzrə Avropa çempionatına maraq böyükdür. Turnirdə 50-dən çox azərbaycanlı idmançı da qüvvəsini sınayacaq. Xarici bilyardçılar yarışın başlamasına 2 və ya 3 gün qalmış paytaxta gələcəklər".

Qeyd edək ki, proqrama əsasən, iyulun 5–8-də 40 yaşdan yuxarı idmançılar arasında Avropa Kuboku keçiriləcək. İyulun 8–12-də isə "sərbəst piramida" üzrə Avropa çempionatı baş tutacaq. Bu növ üzrə turnir Azərbaycanda ikinci dəfədir keçirilir.

Oxşar xəbərlər

Bilyardın sərbəst piramida növü üzrə Azərbaycan çempionatı keçiriləcək
Bilyardın sərbəst piramida növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Azərbaycanın dörd cüdoçusu kata üzrə Avropa çempionatında iştirak edəcək
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
Amina Abdellatif: "Avropa çempionatında qadın cüdoçulardan gözləntilər böyükdür"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər