QMİ Həccə getmək istəyənlərə çağırış edib
sizinxeber.az xəbər saytı

QMİ Həccə getmək istəyənlərə çağırış edib


“Vətəndaşlar bayram günlərində sənəd təqdim etmək üçün gələ bilərlər. Vaxt darlığını nəzərə alaraq, Həccə getmək niyyətində olan vətəndaşlardan xahiş edirik ki, sənədlərini təqdim etsinlər”.

Bunu Sizinxeber.az-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistemin rəhbəri Vüsal Cahangiri deyib.

O bildirib ki, vətəndaşlar sənəd qəbulu üçün 24-28 mart tarixlərində müraciət edə bilərlər.

Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Tələb olunan sənədlər:
1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4. Sağlamlıq haqqında arayış.

Oxşar xəbərlər

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün qiymət müəyyənləşib, sənəd qəbulu başlayır - FOTO
Azərbaycanlı zəvvarlar üçün builki Həcc ziyarəti 5 950 dollar təşkil edəcək
Azərbaycanlı zəvvarların builki Həcc ziyarətinin xərcləri 5 950 dollar təşkil edəcək
QMİ-dən çağırış: Həcc ziyarətinə sənəd qəbulu aprelin əvvəlində yekunlaşacaq
Macarıstanda təqaüdlə təhsil proqramına müraciət qaydaları açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle