QMİ-dən çağırış: Həcc ziyarətinə sənəd qəbulu aprelin əvvəlində yekunlaşacaq
sizinxeber.az xəbər saytı

QMİ-dən çağırış: Həcc ziyarətinə sənəd qəbulu aprelin əvvəlində yekunlaşacaq


Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu aprelin əvvəlindək davam edəcək.

Bunu “Sizinxeber.az”a Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.

Onun sözlərinə görə, Həcc ziyarəti üçün Azərbaycana 1300-dək kvota ayrılacaq:

“Hazırda kvotanın təxminən 75 faizi dolub və müraciətlər davam edir. Yerlər məhdud olduğundan Həcc ziyarətinə getmək istəyənlərə müraciətlərini tezləşdirməyi tövsiyə edirik. Çünki bəzi vətəndaşlarımız arxayın olub son anda müraciət edirlər və yerlər dolmuş olur”.

Qeyd edək ki, azərbaycanlı zəvvarların Həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Həcc üçün sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.

Oxşar xəbərlər

Sabahdan Azərbaycanlı zəvvarların Həcc ziyarətinə sənəd qəbulu başlayacaq
Azərbaycanlı zəvvarlar üçün builki Həcc ziyarəti 5 950 dollar təşkil edəcək
Azərbaycanlı zəvvarların builki Həcc ziyarətinin xərcləri 5 950 dollar təşkil edəcək
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün qiymət müəyyənləşib, sənəd qəbulu başlayır - FOTO
Azərbaycan zəvvarlarının ilk qrupu Həcc ziyarətinə yola düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər