Düşənbə və Bakı gil-torpaq və alüminiumun qarşılıqlı şəkildə tədarükü sxemi üzərində işləyir - EKSKLÜZİV
Tacikistan alüminium istehsalının ehtiyacları üçün Azərbaycan tərəfindən gil-torpaq almağa hazırdır.
Bu barədə "Report"a açıqlamasında Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon bildirib.
Diplomat qeyd edib ki, hər iki ölkənin müvafiq müəssisələri - Tacikistan Alüminium Şirkəti (TALKO) və "Azəralüminium" – artıq əməkdaşlığa dair müqavilə imzalayıb.
Səfir bildirib ki, təxminən bir ay əvvəl Azərbaycanın paytaxtı Bakıda Ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Baş nazir müavinləri səviyyəsində növbəti iclası keçirilib və bu çərçivədə digər məsələlərlə yanaşı, alüminium ilə bağlı mövzuya da toxunulub.
"Həmin iclas zamanı müəyyən razılaşmalar əldə olunub. Bu məsələ müzakirə edildi. Hər iki tərəf qarşılıqlı maraq nümayiş etdirdi, xüsusən də ona görə ki, hazırda alüminiumun qiyməti bir qədər artıb. Logistika imkanlarını nəzərə alaraq, yaxın vaxtlarda Azərbaycana alüminiumun tədarükü məsələsi işlənib hazırlana bilər. Bildiyim qədərilə, Azərbaycan tərəfinin alüminium zavodu var və bu metalı müstəqil şəkildə istehsal edir. Bununla belə, Azərbaycanda alüminium idxalına da ehtiyac var. Tacikistan onu həmişə qarşılıqlı məqbul qiymətlərlə ixrac etməyə hazırdır", - İ.Abdurahmon bildirib.
Diplomat vurğulayıb ki, yekun qərarlar iki şirkətin ixtiyarında qalır, çünki söhbət nəqliyyat və logistika xərclərini nəzərə alaraq tədarükün rentabelliyini müstəqil şəkildə qiymətləndirəcək kommersiya strukturlarından gedir:
"İstehsalat sahəsində strateji qarşılıqlı fəaliyyətə gəldikdə, Gəncə Gil-torpaq zavodunun işinin bərpa edilməsi variantı da işlənib hazırlanır. Əgər gələn il onun işə salınması və ya modernləşdirilməsinə başlansa, Tacikistan azərbaycanlı tərəfdaşlarından gil-torpaq almağa hazır olacaq. Logistika baxımından bu bizim üçün çox sərfəlidir. Hesab edirəm ki, bu, Tacikistana gil-torpaq idxalı və paralel olaraq Azərbaycana alüminium ixracı üçün mükəmməl bir addım olacaq".
Oxşar xəbərlər
Bakıda Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
İqtisadiyyat Nazirliyi: Azərbaycan və Tacikistan 700 milyon dollarlıq layihələr hazırlayır
Azərbaycan və Tacikistan birbaşa aviareyslər açmaq niyyətindədir
Tacikistan Azərbaycanın "Yaşıl Enerji Dəhlizi"nə qoşulmaqda maraqlıdır - EKSKLÜZİV
Azərbaycan və Tacikistan Hökumətlərarası Komissiyanın 8-ci iclasına hazırlaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Azercell və "Samsung"dan yeni kampaniya!
